Ukraynada daha iki rus təyyarəsi MƏHV EDİLDİ
Ukrayna hərbçiləri İzyum yaxınlığında Rusiyanın iki təyyarəsini vurub.
Redaktor.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov teleqram kanalında yazıb.
Onun sözlərinə görə, Xarkovun müdafiəsində dayanan zenit-raket bölmələri də raket vurub.
“Son sutka ərzində Rusiya qoşunları 55 zərbə endirib. “Qrad” və “Uraqan”ın aktivliyinin artmasını qeydə almışıq - təxminən 240 dəfə. Axşam saatlarında düşmən Xarkov aeroportunun terminalına reaktiv yaylım atəşi sistemlərindən (RYAS) iki dəfə atəş açıb. Derqaçi şəhərində mülki infrastruktura, rabitə xətlərinə, xəstəxanaya ziyan dəyib”, - Sinequbov yazıb.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Xarkov istiqamətində fəaliyyət göstərən və Qərb Hərbi Dairəsinin 59-cu tank alayının tərkibində olan Rusiya dəstəsini məhv edib.












