Ərdoğan ABŞ-ın S-400 təklifinə nöqtə qoydu: "Məsələ bizim üçün bağlanıb"

 15:06 25.03.2022     943

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Rusiyanın S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi ilə bağlı təklifinə münasibət bildirib.

Redaktor.az “Habertürk”ə istinadla xəbər verir ki, bundan əvvəl ABŞ Türkiyə ilə qeyri-rəsmi olaraq S-400-lərin Rusiyadan müdafiəsinə kömək etmək üçün Ukraynaya təhvil verilməsi imkanını müzakirə etmişdi.

Ərdoğan NATO zirvəsindən qayıdarkən verdiyi açıqlamada, "Bu gün biz əvvəldə danışdığımız, S-400-lərlə bağlı işin bağlandığı nöqtədəyik. Məsələ bizim üçün bağlanıb" deyib.

Qeyd edək ki, Türkiyə və Rusiya 2017-ci ildə S-400 sistemlərinin tədarükü üçün 2,5 milyard dollarlıq müqavilə imzalayıb. Vaşinqton buna cavab olaraq Türkiyəni yeni F-35 qırıcı proqramında partnyor kimi kənarlaşdırıb və daha sonra Türkiyə Müdafiə Sənayesi İdarəsi, onun rəhbəri İsmayıl Dəmir və üç yüksək rütbəli türk məmuruna sanksiya tətbiq edib.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən