Ukraynada Rusiyanın daha bir generalı MƏHV EDİLDİ

 16:54 25.03.2022     1045

"Cümə axşamı, martın 24-də ukraynalı əsgərlər rus işğalçılarının daha bir generalını öldürüblər".

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı bildirib.

Onun sözlərinə görə, bu dəfə Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri general-leytenant Yakov Ryazantsevi məhv ediblər.

"Qoşunlarımız, əvvəllər xəbər verdiyimiz kimi və indi dəqiq deyə bilərik ki, Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-leytenant Yakov Vladimiroviç Ryazantsevi məhv etdilər. Və bu baş verdi - çox güləcəksiniz, çox - Çernobaevka aerodromunda”, - deyə o bildirib.

Qeyd edək ki, bu, Ukraynada müharibə başlanandan indiyədək öldürülən 7-ci rusiyalı generaldır. 

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən