Finlandiya Rusiya ilə dəmiryolu əlaqəsini DAYANDIRIR

 21:18 25.03.2022     839

Finlandiyanın VR Milli Dəmiryolu Şirkəti Sankt-Peterburq-Helsinki xəttində sərnişin daşınmasını dayandıracağını elan edib.

Redaktor.az BFM TV-yə istinadla xəbərinə görə, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.

Qatara yalnız Finlandiya və Rusiya vətəndaşlarının minməsinə icazə verilir. Sanksiyalara rəğmən qatar xəttinin açıq olmasına səbəb hər 2 ölkə vətəndaşlarının vətənə qayıtmasını təmin etmək idi.

Finlandiya hökumətindəki mənbə bildirib ki, artıq xəttin istismarı rentabelli olmadığı üçün reyslər qeyri-müəyyən vaxtadək dayandırılır.

Vumart və Güvən reklamı Vumart Güvən