Rusiyanın Ukraynadakı itkiləri daha da artdı: 16400 hərbçi, 117 təyyarə, 575 tank...

 12:11 26.03.2022     635

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 16 400 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 575 ədəd tankı, 1 610 ədəd zirehli döyüş maşını, 293 ədəd artilleriya sistemi, 91 ədəd havadan müdafiə sistemi, 51 ədəd zenit kompleksi, 117 ədəd hərbi təyyarəsi, 127 ədəd helikopteri, 1 131 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 73 ədəd yanacaq çəni, 56 ədəd dronu məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, - məlumatda bildirilib.

Vumart və Güvən reklamı Vumart Güvən