Ukraynanın cənubuna "Oniks" qanadlı raketləri ilə zərbələr endirilib

 12:56 26.03.2022     440

Rusiya silahlı qüvvələri Kiyevin qərbində yerləşən Jitomir vilayətində silah-sursat anbarını “Kalibr” raketləri ilə məhv edib.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Martın 25-i gün ərzində “Kalibr” yüksək dəqiqlikli dəniz əsaslı qanadlı raketləri Jitomir vilayətinin Velikie Korovnitsı kəndi yaxınlığındakı sursat və silah anbarını məhv edib”, - deyə Konaşenkov vurğulayıb.

Rusiya MN sözçüsü yüksək dəqiqlikli "Oniks" qanadlı raketləri ilə Ukraynanın cənubundakı Silahlı Qüvvələri qruplaşmasının yanacaqla təmin olunduğu Nikolayev vilayətindəki yanacaq bazasının məhv edildiyini söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən