Polşada yüksək səviyyədə ABŞ və Ukrayna görüşü - YENİLƏNİB

 17:01 26.03.2022     2564

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşüb.

Redaktor.az xəbər verir ki, Varşavada baş tutan görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edir.

Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edir.

***

Ukraynanın xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.

Redaktor.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız - dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük. Bu xüsusi "2+2" formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir", - deyə Kuleba bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən