Ukraynanın iddiası düz çıxdı - İstanbul boğazında tapılan rus minası imiş...

 17:56 26.03.2022     960

Xəbər verdiyimiz kimi, İstanbul boğazında partlayıcı qurğu görüntülənib. Təhlükəsizlik məqsədilə İstanbul Boğazı hər iki istiqamətdə gəmilərin hərəkəti üçün bağlansa da, bir müddət sonra gəmilərin hərəkəti bərpa edilib. 

Redaktor.az “Hürriyet”ə istinadən xəbər verir ki, ilkin araşdırmalara əsasən, qurğunun Rusiyaya məxsus köhnə mina olduğu müəyyən edilib. 

Türkiyənin milli müdafiə naziri Hulusi Akar məsələ ilə bağlı açıqlama verərək, minanın zərərsizləşdirildiyini bildirib. 

Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən