"Uzun müddət davam edəcək toqquşmaya hazırlaşmalıyıq" -  Bayden

 23:59 26.03.2022     644

Qərb demokratiya və avtokratiya arasında uzun müddət davam edəcək mübarizəyə hazırlaşmalıdır.

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

O, qeyd edib ki, Ukrayna hazırda “demokratiya və azadlıq uğrunda mübarizədə ön cəbhədədir”.

“Demokratiya uğrunda mübarizə soyuq müharibənin başa çatması ilə bitmədi. Son 30 ildə bütün dünyada avtoritarizm qüvvələri dirçəldi” - deyə Bayden Polşaya iki günlük səfərindən sonra çıxışı zamanı qeyd edib.

Vumart və Güvən reklamı Vumart Güvən