Rusların Ukraynada öldürdüyü jurnalistlərin sayı AÇIQLANDI
Ukraynada müharibə başlayandan bəri rus əsgərləri 12 jurnalist öldürüblər.
Redaktor.az “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktova açıqlayıb.
“Putinin təcavüz barədə dünyaya həqiqəti çatdırmaq həyati təhlükəlidir. Müharibədə artıq 12 jurnalist həlak olub”, - deyə Venediktova qeyd edib.
Onun sözlərinə görə, daha 10 media nümayəndəsi müxtəlif dərəcəli xəsarətlər alıb.












