İsveçrənin “Zurich Insurance” şirkəti “Z” loqosundan imtina etdi

 16:00 27.03.2022     929

İsveçrənin böyük sığorta şirkətlərindən olan “Zurich Insurance” loqosunun yanlış anlaşılmasından yayınmaq üçün sosial media hesablarında yer alan “Z” tək hərfli loqotipindən istifadə etməməyi qərara alıb.

Redaktor.az xəbər verir ki, şirkətin yaydığı məlumata görə, vəziyyəti diqqətlə izləyir və lazım gələrsə, əlavə tədbirlər görüləcək.

Qeyd edək ki, “Zurich Insurance” fiziki şəxslərə, kiçik və orta biznesə, transmilli korporasiyalara xidmət göstərir. Onun fəaliyyəti 210-dan çox ölkə və ərazini əhatə edir.

 

Vumart və Güvən reklamı Vumart Güvən