Ruslar meyitləri poladəritmə sobalarında yandırırlar
Rusiya Ukraynaya qarşı müharibədə böyük itkilər verir və onları gizlətməyə çalışır.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, ölənlərin bəziləri qohumlarına təhvil verilir, bəziləri isə sadəcə mobil krematoriyalarda yandırılır.
"Səyyar krematoriyalar yaxşı öhdəsindən gəlmir, buna görə də Rostovda ərimə sobalarından istifadə olunur" - bunu “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı hüquq müdafiəçisi Mark Feyqin danışıb.
“Eşitdiyimə görə, Rostovda meyitləri yandırmaq üçün ərimə sobalarından istifadə edirlər. Orada müxtəlif fabriklər var və onlar böyük miqyasda yandırmaq üçün istifadə olunur. Sadəcə olaraq, sərhədyanı şəhərlərdə krematoriya yoxdur”, - deyə o bildirib.












