Qoşunlarımız əks hücuma keçib, qələbə xəbərləri olacaq - Ukrayna Prezidentinin Ofisi

 19:38 27.03.2022     686

Ukrayna qoşunları Xarkov, Sumı şəhərlərində, həmçinin Kiyev və Xerson vilayətlərində də əks-hücum əməliyyatlarına başlayıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu rəhbərinin müşaviri Aleksiy Aretoviç martın 27-də Rusiyanın hücumu ilə bağlı yaranmış vəziyyətlə əlaqədar keçirdiyi brifinqdə deyib.

“İndi düşmənin iki əsas tapşırığı var - qoşunlarımızı Birləşmiş Qüvvələr Əməliyyat zonasında mühasirəyə almaq, Mariupolun blokdadasını başa çatdırmaq və Xersonda müdafiəni qoruyub saxlamaq. Əgər düşmənin Cənubda müdafiə qabiliyyəti aşağı düşsə, onun Mariupol ətrafında vəziyyəti daha da pisləşəcək", - o deyib.

Eyni zamanda, Arestoviç növbəti iki həftənin "qeyri-bərabər" olacağı barədə də xəbərdarlıq edib:

“Bəzi mövqelərdə qalib gəlməyimiz və əks-hücum barədə məlumatlar olacaq. İkincisi, cəbhənin bəzi istiqamətlərində, xüsusən Şərqdə vəziyyətin çətin olması barədə xəbərlər veriləcək. Və bunun üçün emosional, təşkilati və şüurlu şəkildə hazırlanmaq lazımdır”.

Vumart və Güvən reklamı Vumart Güvən