"Taliban"dan qadınlara daha bir QADAĞA

 21:33 27.03.2022     767

a

Ötən ilin avqustunda Əfqanıstanda hakimiyyətə gələn "Taliban" hərəkatı qadınların kişilərin müşayiəti olmadan təyyarələrdə uçmasını qadağan edib. 

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yerli mənbələrə istinadən məlumat yayıb.

Hökumət hava yollarına yeni qaydalar barədə məktub göndərib. Mənbələrin bildirdiyinə görə, hələ şənbə günü bəzi qadınların təyyarələrə minməsinə icazə verilməyib.

Bundan əvvəl "Taliban" rejimi kişilərlə qadınların eyni vaxtda parkda istirahət etməsinə də qadağa qoyub.

Vumart və Güvən reklamı Vumart Güvən