"Haradan başlamısınızsa, ora qayıdın" - Zelenskidən Rusiyaya müraciət

 08:16 28.03.2022     915

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya qarşı müharibə kontekstində Ukraynanın prioritet məqsədlərini izah edib.

Redaktor.az xəbər verir ki, o, bu barədə rusiyalı jurnalistlərə müsahibəsində bildirib.

"Qurbanların sayını minimuma endirmək, müharibənin müddətini qısaltmaq, əraziləri güzəştə getmək üçün Rusiya qoşunlarının çıxarılması - və bu, 24 fevraldan əvvəl, hücumdan əvvəl olan hər şeydir", - Zelenski deyib.

"Mən başa düşürəm ki, Rusiyanı ərazini tam azad etməyə məcbur etmək mümkün deyil, bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. Hər şeyi çox yaxşı başa düşürəm və bunun fərqindəyəm. Ona görə deyirəm: bu kompromisdir. Haradan başlamısınızsa, ora qayıdın və biz orada çətin Donbas məsələsini həll etməyə çalışacağıq”, - Prezident əlavə edib.

Vumart və Güvən reklamı Vumart Güvən