İsraildə terror aktı törədənlərin kimliyi məlum oldu - YENİLƏNİB

 09:12 28.03.2022     1375

Ötən gün İsrailin Hadera şəhərində terror aktı törədənlərin şəxsiyyətləri müəyyənləşdirilib.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, həmin şəxslər Umm al-Fahma İbrahim və Ayman Aqbariya adlı əmioğlulardır. Onlardan biri 2016-cı ildə İŞİD-lə əlaqədə ittiham olunaraq həbs edilib.

Cinayətkarlar Haderaya silahla gəliblər. Onların terror aktını əvvəldən planlaşdırdıqları məlum olub.

***

Naməlum şəxslər İsrailin Hadera şəhərinin Herbert Samuel küçəsində iki yerli sakini odlu silahdan atəş açaraq öldürüblər.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, terror aktı zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. Hadisəni törədənlər polisin açdığı atəşlə zərərsizləşdiriliblər.

Digər mətbu orqanlar terror aktı zamanı 8 nəfərin yaralandığını xəbər veriblər.

Vumart və Güvən reklamı Vumart Güvən