Rusiya Ukraynanın 36 hərbi obyektini vurdu
Rusiyanın aviasiya və raket qoşunları son sutka ərzində Ukraynanın hərbi texnikasının cəmləşdiyi 23 rayonu vurub.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Martın 27-də sutka ərzində operativ-taktiki aviasiya və raket qoşunları Ukraynanın 36 hərbi obyektini vurub. Onların arasında iki komanda məntəqəsi, iki zenit-raket kompleksi, reaktiv yaylım atəşi sisteminin bir qurğusu, üç silah-sursat anbarı, iki yanacaq-sürtkü anbarı və Ukrayna hərbi texnikasının cəmləşdiyi 23 rayon var”, - deyə Rusiya MN sözçüsü vurğulayıb.












