Polşa Rusiyanın 45 diplomatını ölkədən qovdu
Rusiya səfirliyinin 45 diplomatı Polşadan çıxarılıb.
Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Polşadakı səfiri Sergey Andreyev məlumat verib.
Bildirilib ki, həmin diplomatlar Polşada Rusiyanın xeyrinə casusluq edirmiş.
Məlumata görə, rəsmi Varşava onların yerinə Rusiyadan yeni diplomatların gəlməsinə də icazə verməyib.
Rusiyanın Polşadakı səfirliyindən vurğulanıb ki, 45 diplomatın çıxarılmasına baxmayaraq, səfirlik fəaliyyətini davam etdirir.












