Ukraynanın bu şəhəri işğalçılardan tam AZAD OLUNDU
Ukraynanın paytaxtı Kiyevin ətrafındakı İrpen şəhəri Rusiya qüvvələrindən tam azad olunub.
Redaktor.az-ın məlumatına görə, bu barədə şəhərin meri Oleksandr Markuşın teleqramda məlumat verib.
Onun sözlərinə görə, hazırda şəhərdə Rusiya qüvvələrinin qalıqlarından təmizlənməsi işləri gedir: “Hazırda İrpenə qayıtmaq təhlükəlidir. Ukraynanın müdafiəçiləri yeni mövqelərdə möhkəmlənirlər”.












