Putin Kadırova general-leytenant rütbəsi verdi

 20:00 28.03.2022     1286

Çeçenistan parlamentinin spikeri Maqomed Daudovun sözlərinə görə, Çeçenistan Respublikasının başçısı Ramzan Kadırova general-leytenant rütbəsi verilib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. 

“Əziz dostlar! Əziz qardaşım, Çeçenistan Respublikasının başçısı, Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırovu Rusiya Prezidenti, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinin fərmanı ilə general-leytenant hərbi rütbəsi ilə təltif olunması münasibətilə ürəkdən təbrik edirəm!”, - Daudov təbrik mesajında yazıb. 

Vumart və Güvən reklamı Vumart Güvən