Ramzan Kadırov Mariupolda göründü

 20:48 28.03.2022     494

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donetsk regionunun Mariupol şəhərindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Unian.net" saytı “Operativnıe svodki” Telegram kanalın istinadən məlumat yayıb.

Bildirilib ki, Ramzan Kadırov Mariupoldadır və özü şəxsən "xüsusi əməliyyat"a rəhbərlik edir.

Telegram kanalda Kadırovun Rusiyanın 8-ci ordusunun komandanı general Andrey Mordviçevlə görüşməsinin kadrları da paylaşılıb.

Kadırov isə özünün Telegram kanalında bu barədə məlumat verməyib, lakin şəhərdə hərbi əməliyyatlar barəsində paylaşım edib.

 

Vumart və Güvən reklamı Vumart Güvən