Ukraynada daha iki yüksək rütbəli rus zabiti MƏHV EDİLDİ
Martın 28-də Rusiya Silahlı Qüvvələrinin iki yüksək rütbəli hərbçisi Ukrayna ordusunun hərbçiləri tərəfindən məhv edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Vostok” əməliyyat-taktiki qrupu məlumat yayıb.
Belə ki, 58-ci birləşmiş silahlı ordusunun 19-cu motoatıcı diviziyasının 503-cü motoatıcı alayının komandiri və qərargah rəisi öldürülüb.













