Rusiyanın daha 8 təyyarə, 3 helikopteri VURULDU

 08:47 29.03.2022     812

Ötən gün Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 17 hava hədəfini, o cümlədən 8 təyyarə, 3 helikopter, 4 pilotsuz uçuş aparatı və 2 qanadlı raketi məhv edib.

Redaktor.az xəbər verir ki, bu barədə RBC-Ukrayna Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının bəyanatına istinadla bildirib. 

“Hərbi-Hava Qüvvələrinin aviasiyası müxtəlif istiqamətlərdə Rusiya ordusunun zirehli texnikasına və canlı qüvvəsinə zərbələr endirməkdə davam edir” - məlumatda deyilir.

Vumart və Güvən reklamı Vumart Güvən