“Taliban” Avropaya ilk dəfə mal ixrac etdi

 09:22 29.03.2022     393

Əfqanıstanda hakimiyyətdə olan “Taliban” qruplaşması Avropaya ilk dəfə mal ixrac edib.

Redaktor.az “Ariana News” telekanalına istinadən xəbər verir ki, Herat vilayətinin Ticarət və İnvestisiya Palatasının rəhbəri Yunus Kazizadənin sözlərinə görə, Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən “Lapis-Lazuli” marşrutu ilə 30-a yaxın yük maşınından ibarət karvan regiondan yola düşüb.

Püstə, küncüt, zirə, xalça və badamdan ibarət daşınan yüklərin ümumi dəyəri 5 milyon ABŞ dolları qiymətləndirilir.

Telekanalın məlumatına görə, bu mal partiyası “Taliban” ölkədə hakimiyyətə gələndən sonra Əfqanıstandan Avropaya ilk ixracdır.

Vumart və Güvən reklamı Vumart Güvən