Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşü başlayır
İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında görüş başlayır.
Redaktor.az xəbər verir ki, artıq Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu danışıqların aparılacağı yerə gəlib.
Ukrayna-Rusiya danışıqları yerli vaxtla saat 10:30-da başlayacaq.
Görüş mətbuata qapalı keçiriləcək.












