Ukraynada vilayət administrasiyasının binasına aviazərbələr endirilib

 11:14 29.03.2022     348

Ukraynanın Nikolayev şəhərinin mərkəzi bugün səhər saatlarında Rusiya silahlı qüvvələri tərəfindən aviasiya zərbələrinə məruz qalıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, vilayət administrasiyasının binası dağıdılıb. Hazırda ərazidə axtarışlar aparılır, insan tələfatının olub-olmaması dəqiqləşdirilir.

Nikolayev vilayət qubernatoru Vitaliy Kim aviazərbələr zamanı binada olmayıb.

“Araşdırırıq, xilasetmə ilə məşğuluq. Bu dəhşətdir. Gözləyiblər ki, insanlar işə çıxsınlar və dərhal binanı vurublar. Mən yatıb qalmışdım. Bəxtim gətirdi. Bu dəfəlik", - Kim deyib

Vumart və Güvən reklamı Vumart Güvən