Abramoviç Rusiya-Ukrayna danışıqları üçün İstanbula gəlib
Rusiyalı milyarder Roman Abramoviç İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətlərinin görüşünün keçirildiyi Dolmabağça sarayına gəlib.
Redaktor.az Ria Novosti-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərini salamladığı mərasim zamanı Abramoviç zalda dəvət olunmuş qonaqlar arasında yer alıb.












