Ərdoğan Özbəkistana yola düşdü

 12:34 29.03.2022     318

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Ərdoğan səfər çərçivəsində Türkiyə-Özbəkistan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 2-ci İclasımda iştirak edəcək.

Qeyd edək ki, Türkiyə lideri Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda keçirilən görüşdə iştirak etdikdən sonra Özbəkistana yola düşüb.

Vumart və Güvən reklamı Vumart Güvən