"Yaxın iki həftə ərzində Rusiya ilə danışıqlar davam edəcək" - Oleksandr Çalıy
“İki həftədən sonra təhlükəsizliyə təminatçı dövlətləri çoxtərəfli danışıqlar aparmaq üçün Ukraynaya dəvət etmək niyyətindəyik”.
Redaktor.az UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin keçmiş müavini, Rusiya ilə danışıqlar aparan nümayəndə heyətinin hüquq qrupunun başçısı Oleksandr Çalıy bildirib.
Onun sözlərinə görə, yaxın iki həftə ərzində Rusiya ilə danışıqlar davam edəcək:
“Biz artıq təminatçı-dövlətlərlə məsləhətləşmələrə başlamışıq. Həmin görüşdə təminatçı-dövlətlərin yüksək vəzifəli şəxsləri iştirak edəcək və çoxtərəfli müqavilə imzalanacaq”.
Qeyd edək ki, Ukrayna təhlükəsizliyinə təminatçı-dövlətlər arasında BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri, o cümlədən Rusiya, ABŞ, Böyük Birtaniya, Çin, Fransa, eləcə də Türkiyə, Almaniya, Kanada, İtaliya, Polşa və İsraili görmək istəyir.












