Zelenski Rumıniyalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdi

 17:41 29.03.2022     350

Rumıniya Prezidenti Klaus Yohannis və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezidenti tviter səhifəsində yazıb.

“Prezident Zelenski ilə Ukraynadakı gərgin vəziyyəti müzakirə etdik. Biz Rumıniyaya gələn hər bir Ukrayna vətəndaşının qayğısına qalmaqda davam edirik”, - o yazıb.

Yohannis əlavə edib ki, Rumıniya və Aİ ölkələrindən göndərilən yardımla dolu 125 yük maşını, həmçinin təcili yardım və yanğınsöndürmə maşınları Rumıniya ərazisindən keçməklə Ukraynaya yola salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən