Niderland Rusiyanın 17 diplomatını ölkədən qovur

 18:04 29.03.2022     395

Niderland Rusiyanın 17 diplomatını ölkədən çıxarır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Vopke Xukstra tviter səhifəsində yazıb.

“Niderland Rusiyanın 17 kəşfiyyatçısını ölkədən çıxarır. Onlar Rusiyanın Niderlanddakı nümayəndəliyində diplomat adı altında fəaliyyət göstəriblər”, - nazir yazıb.

Nazirin sözlərinə görə, onlar Niderlandın təhlükəsizliyini təhdid edirmiş.

Vumart və Güvən reklamı Vumart Güvən