Erməni nazir korrupsiyaya görə dindirilir

 20:30 29.03.2022     488

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi fövqəladə hallar naziri Andranik Piloyanı dindirməyə çağırıb.

Redaktor.az erməni KİV-nə istinadən məlumatına görə, Piloyanın hansı ittiham üzrə dindiriləcəyi bilinmir. 

Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının Fövqəladə Hallar Nazirliyində axtarışlar aparmasından və idarənin bir neçə əməkdaşının Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə sorğu-sual etmək üçün aparılmasından sonra nazir Piloyanı 14 günlük məzuniyyətə göndərib.

Vumart və Güvən reklamı Vumart Güvən