“Rusiyanın Kiyev ətrafından çəkilməsi strategiya dəyişikliyidir” - ABŞ komandanı

 21:08 29.03.2022     651

Rusiya qoşunları önəmli strateji dəyişikliyin bir hissəsi kimi Kiyev ətrafındakı mövqelərdən geri çəkilməyə başlayıb.

Redaktor.az  ABŞ mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmədə ABŞ-ın Avropa Komandanlığının komandanı general Tod Volters deyib. General mediada rəsmi Moskvanın qoşunlarını Kiyev ətrafından və digər yerlərdən çəkməsi ilə bağlı xəbərlərə münasibətində bildirib ki, təchizat xətlərində problemlər və sürpriz müqavimətlə üzləşdikdən sonra Rusiya Prezidenti Vladimir Putin daha effektiv mövqe əldə etmək məqsədi ilə qüvvələrini yenidən mövqeləndirir.

Vumart və Güvən reklamı Vumart Güvən