Rusların Ukraynada öldürdüyü mülki şəxslərin SAYI AÇIQLANDI

 22:18 29.03.2022     1120

Rusiyanın hücumu başlamasından indiyədək Ukraynada 1179 dinc sakin ölüb, 1860 nəfər yaralanıb. 

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb .

Öldürülən 1179 nəfərin 236-sı kişi, 172-si qadın, 15-i qız və 34-ü oğlandır, həmçinin cinsiyyəti hələlik məlum olmayan 55 uşaq və 667 böyük var.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu fevralın 24-də başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən