Rusiya Kiyevi raket atəşinə tutdu

 08:09 30.03.2022     1139

Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalında bildirilib. 

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən