ABŞ Şərqi Avropaya F-18 qırıcısı göndərəcək
ABŞ dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir neçə C-130 hərbi nəqliyyat təyyarəsini Şərqi Avropaya göndərəcək.
Redaktor.az xəbər verir ki, bunu brifinq zamanı Pentaqonun mətbuat katibi Con Kirbi deyib.
C.Kirbi xatırladıb ki, ABŞ dəniz piyadaları Norveçdə "Cold Response" təlimlərində iştirak edir, onlardan təxminən 200-ü daha sonra Litvaya göndərilib.
"Dəniz piyadaları korpusunun 10 ədəd F-18 qırıcısı və bir cüt C-130 hərbi nəqliyyat təyyarəsi Şərqi Avropaya göndəriləcək. Dəqiq yerini hələ deyə bilmərəm", - deyə C.Kirbi bildirib.












