Ukraynada müharibənin dəhşətli statistikası: 145-i ölü, 222-si yaralı uşaq
Rusiyanın Ukraynaya hücuma başladığı fevralın 24-dən indiyədək bu ölkədə ölən və yaralanan uşaqların sayı açıqlanıb.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, fevralın 24-dən bu günə qədər Ukraynada 145 uşaq həlak olub.
Bu dövr ərzində 222 uşaq yaralanıb. Uşaqların hamısı müharibəyə məruz qalan bölgələrin sakinləri olub.












