Rusiyanın Ukraynadakı itkiləri artdı: 17300 hərbçi, 131 təyyarə, 605 tank...

 11:39 30.03.2022     560

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 605 tankı, 1723 zirehli döyüş maşını, 305 artilleriya sistemi, 96 reaktiv yaylım atəş sistemi, 54 havadan müdafiə sistemi, 131 hərbi təyyarəsi, 131 helikopteri, 1184 avtomobil texnikası, 7 gəmi/kateri, 75 yanacaq çəni, 81 dronu, 4 OTRK / TRK / mobil SRBM sistemi, 21 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 17 300-ə yaxın canlı qüvvəsini itirdiyini bəyan edib.

Vumart və Güvən reklamı Vumart Güvən