Ruslar Ukraynada daha 2 azərbaycanlını ÖLDÜRDÜ

 11:53 30.03.2022     393

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub.

Redaktor.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur.

Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub (report). 

Vumart və Güvən reklamı Vumart Güvən