Müharibə nəticəsində Ukraynanı 4 milyondan çox sakin tərk edib
Rusiya ilə Ukrayna arasındakı müharibə nəticəsində 4 milyon 19 min insan Ukraynanı tərk edib.
Redaktor.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Polşaya 2 milyon 336 min, Macarıstana 364 min, Moldovaya 387 min, Slovakiyaya 281 min, Rumıniyaya 608 min, Rusiyaya 350 min, Belarusa 10 mindən çox sakin gedib.












