MDB ölkələri hesablaşmalarda dollar və avronu yuanla əvəzləyə bilər
MDB ölkələri qarşılıqlı hesablaşmalarda dollar və avro əvəzinə ehtiyat valyuta kimi Çin yuanından istifadə edə bilər.
Redaktor.az "BelTA"ya istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini – MDB-nin icraçı katibi Leonid Anfimov bildirib.
"Fikrimcə, MDB ölkələri arasında qarşılıqlı ticarətə milli valyutalar və ya Birliyin üzvü olan ölkələrə qarşı qeyri-dost hərəkətlər etməyən dövlətlərin valyutaları ilə keçid tam əsaslıdır. İlk növbədə, bunlar yuan və digər valyutalardır ki, onlardan dollar və avro əvəzinə ehtiyat kimi istifadə oluna bilər", - Anfimov bildirib.
Onun fikrincə, dolların erası başa çatıb və bu valyuta 2025-ci ilə qədər öz mövqelərini itirəcək – əhəmiyyətli dərəcədə olmasa da, ən azı dünya iqtisadiyyatının inkişafına təsiri kəskin şəkildə zəifləyəcək, 2030-cu ilə dollar dünyanın ehtiyat valyutası olmayacaq.












