"Prezidentlərin görüşünə hazırlığa başlamaq olar” - Prezident Ofisindən açıqlama

 17:55 30.03.2022     446

Rəsmi Kiyev Ukrayna Prezidenti Vlodomir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş üçün hazırlıqlara başlamağı təklif edir.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.

“Prinsipcə, prezidentlərin görüşünə hazırlığa başlamaq olar. Sənədlər paketi hazırlanıb. Biz onları artıq təqdim etmişik. Dövlət başçılarının görüşünün dəqiq nə baxt baş tutacağı isə hələlik məlum deyil”, - o söyləyib.

M.Podolyak bildirib ki, Rusiya və Ukrayna danışıqları üzrə İşçi alt qruplarının fəaliyyəti davam edir.

Vumart və Güvən reklamı Vumart Güvən