Bayden Zelenski ilə telefonda bir sıra məsələləri müzakirə etdi

 20:51 30.03.2022     434

ABŞ Prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski arasında telefon danışığı olub.

Redaktor.az xəbər verir ki, bu barədə Zelenski “Twitter” hesabında məlumat yayıb.

"Co Baydenlə bir saatlıq söhbəti indicə bitirdim. Döyüş meydanında və danışıqlar masasında vəziyyətin ortaq qiymətləndirilməsini etdik. Xüsusi müdafiə dəstəyi, gücləndirilmiş sanksiyaların yeni paketi, makromaliyyə və humanitar yardımlar haqqında müzakirə apardıq”,- deyə Zelenski bildirib.

 

Vumart və Güvən reklamı Vumart Güvən