Məşhur aktyor karyerasını bitirdi

 23:06 30.03.2022     620

Hollivud ulduzu Brüs Uillis ona diaqnoz qoyulan afaziyaya (nitq pozulması) görə aktyorluq karyerasını bitirmək məcburiyyətində qaldığını vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu bardə aktyorun həyat yoldaşı Emma Heminq-Uillis məlumat verib.

“Bildirmək istəyirəm ki, sevimli Bryusun səhhətində problemlər var və bu yaxınlarda ona afaziya diaqnozu qoyulub. O, uzun müzakirələrdən sonra həyatı üçün vacib əhəmiyyət kəsb edən karyerasını bitirir”, - deyə Emma Heminq-Uillis instaqramda yazıb.

Brüs Uillis 1955-ci il martın 19-da Almaniyanın İdar-Oberşteyn şəhərində andan olub. Atası amerikalı anası isə alman olub.

O, “Çətin ölüm”, “Pulp Fiction”, “Armageddon” və “Beşinci Element” filmlərindəki rolu ilə şöhrət qazanıb.

1987-2000-ci illərdə aktrisa Demi Mur ilə evli olub. 2009-cu ildə ingilis aktrisa və model Emma Heminqlə ailə həyatı qurub.

67 yaşlı Uillisin Rumer, Skaut, Tallula, Mabel və Evelin adlarında 5 qızı var.

Vumart və Güvən reklamı Vumart Güvən