Berlin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır
Rəsmi Berlin Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazırdır.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok məlumat verib.
Bundan əvvəl Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreit bildirib ki, kansler Olaf Şolts Vladimir Zelenski ilə telefon danışığında Almaniyanın Ukraynanın təhlükəsizliyinin təminatçısı olmağa hazır olduğunu çatdırıb.
"Əgər zəmanət tələb olunarsa, Almaniya bu işdə iştirak edəcək və zəmanət verəcək" - deyə Burbok qeyd edib.
Nazir vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında İstanbul danışıqlarının nəticələri bu ölkələrin tezliklə danışıqlarda irəliləyiş əldə edəcəyi kimi şərh edilməməlidir.












