Rusiya bu ərazilərdə ağır itkiyə məruz qaldı - Qoşunların bir hissəsini çıxarır

 08:42 31.03.2022     1964

“Rusiyanın silahlı qüvvələri Ukraynaya qarşı genişmiqyaslı silahlı təcavüzü davam etdirir, bununla yanaşı, qoşunlarının bir hissəsini Kiyev və Çerniqov vilayətlərinin ərazisindən çıxarır”.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat yayılıb.

"Düşmən xeyli itki verməkdə davam edir. Əldə olan məlumata görə, martın 28-də 83-cü əlahiddə hava hücumu briqadasının daimi dislokasiya məntəqəsində həlak olan hərbçilərlə vida mərasimi keçirilib. Onların sayı 200-ə yaxındır", - məlumatda qeyd olunub.

Baş Qərargahdan bildirilib ki, işğalçılar texnikanın döyüşə çıxarılmasında ciddi çətinliklər yaşayırlar.

Vumart və Güvən reklamı Vumart Güvən