Ukrayna ABŞ-dan hansı silahları istəyib? - SİYAHI

 09:17 31.03.2022     304

Ukrayna dövləti Rusiya ordusundan müdafiə olunmaq üçün ehtiyacı olduğu silahların siyahısını ABŞ-a təqdim edib.

Redaktor.az bu barədə CNN-ə istinadən xəbər verir.

Agentlik siyahıya daxil olan bəzi silahları açıqlayıb.

Söhbət kəşfiyyat və zərbə vuran pilotsuz uçuş aparatlardan, taktiki radarlardan, PUA-lara və döyüş təyyarələrinə qarşı elektron müharibə sistemlərindən, xüsusən də Su-25-dən gedir.

Siyahıya həmçinin artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları da daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən