“Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir” - Britaniya kəşfiyyatı

 09:46 31.03.2022     322

“Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiyanın şəhərə artilleriya və raket zərbələri davam edir”.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər gedir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzini nəzarətdə saxlayırlar”, - məlumatda vurğulanıb.

Vumart və Güvən reklamı Vumart Güvən