Avstraliyada hərbi helikopter qəzaya uğradı

 10:11 31.03.2022     326

Avstraliya müdafiə qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.

Redaktor.az ABC-yə istinadən xəbər verir ki, helikopterin göyərtəsində 5 nəfər olub.

Məlumata görə, eyni istiqamətdə uçan iki helikopterdən biri Melburn şəhərinin şimalında Mont Disappointment bölgəsində hələ bilinməyən səbəbdən meşəyə düşüb.

Axtarış-əməliyyat nəticəsində helikopterin yeri təsbit edilib. Hələlik heyət üzvlərinin taleyindən xəbər yoxdur.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

Vumart və Güvən reklamı Vumart Güvən