“Lavrovla Kuleba görüşməyə hazırdırlar”

 12:25 31.03.2022     327

“Rusiya və Ukrayna xarici işlər nazirləri Sergey Lavrovla Dmitri Kuleba görüşməyə hazırdırlar”.

Redaktor.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“1-2 həftə içərisində ən azından xarici işlər nazirləri səviyyəsində görüş keçirilə bilər”, - deyə Çavuşoğlu söyləyib.

Vumart və Güvən reklamı Vumart Güvən